Logo

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verilib

22.04.2024 17:33 114 baxış
IMG

“Qlaqolitsa” XI Beynəlxalq müstəqil ədəbi mükafatı “İki dillilər” nominasiyasında ədəbi əsərlərin qəbuluna start verildiyini elan edir.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) "Tehsil.biz"ə bildirilib ki, tədbirdə iştirak etmək üçün xaricdə yaşayan 10-17 yaşında rusdilli uşaqlar və dünyanın istənilən ölkəsində rus dilini öyrənən əcnəbi vətəndaşlar dəvət olunur.

Müsabiqə işləri istənilən mövzuda hekayələr, şeirlər, nağıllar, novellalar, romanlar, povestlər formatında qəbul edilir. Gənc müəlliflərin əsərləri məşhur yazıçılar, tərcüməçilər və jurnalistlər tərəfindən qiymətləndirilir.

Müsabiqənin nəticələrinə görə finalçılar 2024-cü ilin noyabr ayına Kazan şəhərinə ədəbi tədbirə vəsiqə, qaliblər isə planşet, kiçik kitabxana dəsti və əsas mükafatı – “Kristal bayquş” heykəlciyini əldə edəcəklər.

İşlər sentyabrın 16-dək qəbul olunur.

İştirak etmək üçün https://www.glagolitsa-rt.ru/  sayta müraciət etmək olar.

Xəbər lenti