Logo

Azərbaycan Gürcüstanla nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

22.04.2024 16:26 160 baxış
IMG

Azərbaycan və Gürcüstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə məlumatı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat paylaşıb.

“Ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sektor iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Azərbaycan və Gürcüstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətlər üzrə görülən işlərə dair fikir mübadiləsi apardıq”, - deyə nazir bildirib.

Xəbər lenti