Logo

“Türk folklorşünaslığı tarixində İqnats Kunoş adı” kitab çapdan çıxıb

22.04.2024 15:18 172 baxış
IMG

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın “Türk folklorşünaslığı tarixində İqnats Kunoş adı” kitabı çapdan çıxıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, kitabda bütün ömrünü türk folklorunun toplanmasına, unudulmuş şivə və dialektlərinin öyrənilməsinə həsr etmiş macar türkoloqu İqnats Kunoşun həyat və yaradıcılığı, eləcə də alimin tədqiqat əsərləri və topladığı folklor örnəkləri yer alıb.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

Qeyd edək ki, istər müharibələr, istərsə də təbii fəlakətlər ucbatından xəritədən silinmiş bəzi bölgələrin adət-ənənələri, toponimləri, xalq yaradıcılığı nümunələri məhz İqnats Kunoşun əvəzsiz xidmətləri sayəsində bu günə qədər gəlib çatıb.

Xəbər lenti