Logo

“Məhəmməd Füzuli: elm, bilik, fəlsəfə” mövzusunda elmi seminar keçirilib

22.04.2024 14:47 107 baxış
IMG

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsində “Məhəmməd Füzuli: elm, bilik, fəlsəfə” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbir Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib.

Seminarda şöbə müdiri Əli Abasov “Füzuli yaradıcılığının trilinqvizmi” və aparıcı elmi işçi Zeynəddin Şabanov “Mətlə-ül-etiqad” əsərində Füzulinin dünya fəlsəfə irsinə münasibəti” mövzularında məruzə ediblər. Çıxışlarda türk, ərəb, fars dilində yazıb-yaradan şairin İslam sivilizasiyasındakı yeri, elmi-fəlsəfi və dini dünyagörüşü, insanın yaradılışı və sonu, elm və bilik, biliyin növləri, ruhun ölməzliyi, dünya fəlsəfi irsinə münasibəti haqqında fikirləri təhlil olunub.

Seminar müzakirələrlə yekunlaşıb.

Xəbər lenti