Logo

BDU-da “Sosial innovasiyalar” mövzusunda təlim keçirilib - FOTO

22.04.2024 14:19 119 baxış
IMG

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində İnnovativ həllər üzrə konsultant, Azərbaycan İnnovasiya Kommunikasiya Texnologiyaları Assosiasiyasının üzvü Mübariz Qasımov tərəfindən “Sosial innovasiyalar” mövzusunda təlim keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, təlimin keçirilməsində məqsəd sosial problemlərin həllində müasir texnologiyaların tətbiqi imkanları haqqında tələbələri məlumatlandırmaqdır. Mübariz Qasımov bildirib ki, sosial innovasiya sosial problemlərin daha səmərəli, ədalətli, həmçinin qeyri-ənənəvi üsullarla yeni həllidir. O, bu istiqamətdə süni intellekt, məlumat analitikası, mobil texnologiya, virtual və artırılmış reallıq, əşyaların interneti kimi texnologiyaların imkanlarından yararlanmaqla sosial rifahın təmin olunduğu təcrübələrdən konkret nümunələr gətirib. Təlimçi innovativ texnologiyaların cəmiyyətin sosial inkişafında, qeyri-bərabərliyin, məhrumiyyətlərin aradan qaldırılmasında, bir çox resurslara çıxışın təmin olunmasında geniş imkanlar yaratdığından da danışıb.

Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov tələbələrin peşə səriştələrinin artırılmasında bu cür təlimlərin əhəmiyyətini qeyd edib.

Xəbər lenti