Logo

AzTU-da “Şəkəri azalt, ömrünü uzat!”kampaniyası çərçivəsində tələbələrlə görüş keçirilib - FOTO

20.04.2024 22:43 266 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrlə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələrinin görüşü keçirilib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində keçirilən görüşdə “Şəkərin zərərləri”, “Şəkər əvəzediciləri” və “Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti” mövzularında təqdimatlar edilib.

Qeyd olunub ki, kampaniya əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir. 

Xüsusi vurğulanıb ki, şəkərdən normadan artıq istifadə edilməsi insan orqanizmində ürək-damar xəstəlikləri, ll tip diabet, piylənmə, diş çürüməsi, uşaqlarda diqqət zəifliyi və allergik reaksiyaların yaranması, yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi, immun sistemin zəifləməsi və xərçəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması kimi problemlər yarada bilər.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti