Logo

BSU rektoru Daşkənd Dövlət Universitetinin dekanı Dilbər Nurkeldiyevanı qəbul edib - FOTO

20.04.2024 21:36 144 baxış
IMG

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev "İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfransında iştirak etmək üçün Azərbaycana gələn Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Xüsusi və İnklüziv təhsil fakültəsinin dekanı Dilbər Nurkeldiyevanı qəbul edib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

Görüşdə konfrans barədə fikir mübadiləsi aparılıb, həmçinin iki universitet arasında beynəlxalq əlaqələrin inkişafı müzakirə edilib.

Xəbər lenti