Logo

Məktəblilər ADPU-nun Quba filialında olublar - FOTO

20.04.2024 15:21 165 baxış
IMG

Quba rayonu Qırız-Dəhnə kənd ümumi məktəbinin ibtidai sinif müəllimi Aygün Məmmədova, fiziki tərbiyə müəllimi Alim Seyidov, tarix müəllimi Səltənət Əlixanlı və məktəbin şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında olublar.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan bildirilib.

Filialda məktəblilər Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Lalə Beydullayevanın bələdçiliyi ilə ilk olaraq idman meydançası və bufet, daha sonra isə əsas tədris binasında Kitabxana və elektron resurslar şöbəsi ilə tanış olub, həm də filialda dərs və iş prosesi ilə yaxından tanış olublar.

Şagirdlər auditoriyalarda tələbələrin dərs prosesini izləyiblər. Həmçinin şagirdlər kafedralar, dekanlıq, Heydər Əliyev lektoriyası, Akt zalı, Kompüter laboratoriyası ilə tanış olub, tədris binalarında və həyətyanı sahədə xatirə şəkli çəkdiriblər.

Daha sonra direktor müavini, t.f.d. İsmayıl Mahmudov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva şagirdlərlə söhbət edərək filialda yaradılan hərtərəfli tədris şəraiti haqqında məlumat veriblər. Şagirdlər isə öz növbələrndə qeyd ediblər ki, gələcək ixtisas və peşə seçimlərində bugünki ziyarətin çox böyük rolu olacaq.

Xəbər lenti