Logo

Tarix Muzeyində tədbir: "Molla Nəsrəddin güldürür və düşündürür" - FOTO

19.04.2024 15:52 131 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyi və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlanmasının 118 illiyinə həsr olunmuş “Molla Nəsrəddin güldürür və düşündürür” adlı sərgi-tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Tədbirdə muzeyin Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova “Molla Nəsrəddin” jurnalı haqqında məlumat verib.

Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi muzeyin materialları əsasında hazırlanmış, “Molla Nəsrəddin” jurnalının təsisçilərindən biri olan Ömər Faiq Nemanzadənin sənəd və şəkillərinin yer aldığı kataloqu təqdim edib.

Sonra tədbir iştirakçıları muzeyin fondunda qorunan “Molla Nəsrəddin” jurnalının bir nüsxəsi və şagirdlərin “Molla Nəsrəddin” jurnalının karikaturaları əsasında çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Xəbər lenti