Logo

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

19.04.2024 15:39 172 baxış
IMG

“Netflix” kompaniyasının gəlirləri bu ilin ilk üç ayında şifrə mübadiləsinə qarşı mübarizə sayəsində artıb. Axın nəhəngi birinci rübdə 9,3 milyon müştəri əlavə etdiyini və ümumi abunəçi sayını 270 milyona çatdırdığını bildirib.

Tehsil.biz BBC telekanalına istinadən xəbər verir ki, şirkət birinci rübdə gəlirinin 2,3 milyard dollardan çox artdığını qeyd edib. Belə ki, gəlirlər illik ifadədə təxminən 15 faiz artaraq 9,37 milyard dollara çatıb.

“Netflix” sonuncu dəfə 2022-ci ildə məşhur "standart" planının qiymətini qaldırıb. Bundan sonra abunəçilərin sayında azalma baş verib. Çox keçmədən şirkət şifrə mübadiləsini dayandıraraq daha ucuz, lakin reklam xidməti göstərən yeni planı işə salıb. O, həmçinin idman və video oyunları kimi sahələrə də təkan verərək, rəqib media qurumlarının materiallarını lisenziyalaşdırmağa davam edib.

“Netflix” səhmləri ilin əvvəlindən bəri 30 faizdən çox bahalaşaraq 2021-ci ildəki zirvəsinə yaxınlaşıb.

Xəbər lenti