Logo

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

19.04.2024 14:34 140 baxış
IMG

Bərdə Peşə Liseyinin binaların tikintisi və istismarı ixtisası üzrə I kurs tələbəsi Samuray Abdullayev aprelin 22-dən 30-dək ABŞ-də keçiriləcək “Vex Robotics Championship 2024” yarışında “STEAM Azərbaycan” komandasının tərkibində ölkəmizi təmsil edəcək.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Samuray Abdullayev STEAM Azərbaycan Festivalında “VEX V5” modulu üzrə 1-ci yerin qaliblərindəndir.

Xəbər lenti