Logo

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

19.04.2024 13:01 191 baxış
IMG

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edir. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, ali təhsil qrantı 5 illik müddəti əhatə edir. 

Namizədlər mayın 20-dək müvafiq ölkənin aidiyyəti qurumlarına (nazirliklər, səfirliklər və s.) müraciət üçün tələb olunan sənədləri təqdim etməlidirlər. 

Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.

Xəbər lenti