Logo

Məktəblilər Geologiya və Geofizika İnstitutunda - FOTO

19.04.2024 10:22 182 baxış
IMG

Bakı Kaspi Beynəlxalq Məktəbinin 4-cü sinif şagirdlərindən ibarət üç qrup Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda ekskursiyada olub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məktəblilər ikigünlük ekskursiya müddətində təbii fəlakətlər və Yerin relyefində baş verən dəyişikliklər, həmçinin su ehtiyatları ilə bağlı təqdimatda iştirak ediblər. İnstitutun Seysmologiya və seysmik təhlükələr şöbəsinin müdiri Qulam Babayev və Zəlzələ dinamikasının nəzəriyyəsi şöbəsinin müdiri Vaqif Məmmədov məktəblilər qarşısında təqdimatla çıxış ediblər. Sonra şagirdlərin sualları cavablandırılıb.

Ekskursiya proqramına uyğun olaraq institutun məktəbli qonaqları, həmçinin Geoloji-mineraloji muzeyi ziyarət ediblər. Muzeyin rəhbəri Əbülfət İmanov minerallar, süxurlar, fauna və flora nümunələri haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verib, şagirdlərlə dialoq qurub.

Tədbirin sonunda məktəblilər və onları müşayiət edən müəllimlər ekskursiyaya görə Geologiya və Geofizika İnstitutunun rəhbərliyinə və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti