Logo

Texasda yaşayan tanınmış musiqiçi Dövlət Komitəsində olub

18.04.2024 22:51 136 baxış
IMG

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, tanınmış orqan ifaçısı, Texas Universitetinin professoru Cəmilə Cavadova-Spitsberqlə görüşüb.

Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.

Qonağı səmimi salamlayan sədr Azərbaycan musiqisinin təbliği istiqamətində Komitənin həyata keçirdiyi layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycanın ABŞ-dəki diaspor fəaliyyəti, keçirilən tədbirlər, gələcəkdə mədəni sahədə görüləcək işlər və mədəni irsimizin təbliğinin genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Cəmilə Cavadova-Spitsberq rəhbərlik etdiyi Azərbaycan-Amerika Musiqi Fondunun təşəbbüsü və Komitənin dəstəyi ilə həyata keçirilən “Musiqi körpüsü” (ABŞ-Azərbaycan) layihəsi çərçivəsində əslən azərbaycanlı, tanınmış dirijor Fərhad Xudiyevin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə baş tutan konsertinin möhtəşəm keçdiyini vurğulayıb. O, Azərbaycan-Amerika Musiqi Fondunun həyata keçirdiyi layihələrə Komitə tərəfindən dəstək göstərildiyi üçün təşəkkürlərini bildirib.

Qeyd edək ki, Cəmilə Cavadova-Spitsberq 2017-ci ildə yaradılan "Azərbaycan Amerika Musiqi Fondu"nun təsisçilərindən biridir. Fond Azərbaycanda Amerika və eləcə də Amerikada Azərbaycan klassik musiqisinin tərənnüm, tədris olunmasında tərəfdaşlıq proqramları hazırlayır, eləcə də konsertlər, konfranslar, ustad dərsləri, nəşrlər və müsabiqələr təşkil edir. 2020-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Musiqili Körpü” və digər layihələr həyata keçirib. 2023-cü il oktyabrında Texas ştatının Kerrolton şəhərində “Texaslılar minasız dünya üçün: Azərbaycan” layihəsi əsasında keçirilən tədbirin təşkilatçısı olub. Cəmilə Cavadova-Spitsberq 2022-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbər lenti