Logo

AzTU tələbələri Portuqaliyada Azərbaycanı təmsil edib

18.04.2024 19:42 135 baxış
IMG

Avropada sənaye mühəndisliyi və sənaye menecmenti üzrə ixtisaslaşan tələbələri bir araya toplayan ESTİEM təşkilatının 68-ci Şura Toplantısı keçirilib.

Tehsil.biz xəbər verir ki, Portuqaliyanın Aveiro şəhərində  təşkil olunan toplantıda ölkəmizi “Baku ESTİEM” qrupu adından Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Riad Sadıqov və Sariyyə Bağırova təmsil ediblər. Onlar Azərbaycan və AzTU haqqında geniş təqdimatla çıxış edib və sualları cavablandırıblar. Bundan başqa, proqram çərçivəsində təşkil olunan vorkşop və seminarlar da iştirak ediblər.

Qeyd edək ki, toplantıda 77 qrup olmaqla ümumilikdə 300 tələbə iştirak edib.

Xəbər lenti