Logo

Gürcüstanda yaşayan azərbaycanlı yeniyetmə və gənclərə COP29 haqqında məlumat verilib

18.04.2024 19:25 119 baxış
IMG

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən “Təhsil və Mədəniyyət Mərkəzi”ndə həmin ölkədə yaşayan azərbaycanlı yeniyetmə və gənclərlə növbəti görüş COP29-a həsr olunub.

Tehsil.biz xəbər verir ki, görüşü açan Mərkəzin direktoru Raida Dərziyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iqlim dəyişikliyi ilə mübarizədə dünyanın mühüm tədbirlərindən biri olduğunu vurğulayıb və COP29-un Bakıda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra Mərkəzin Azərbaycan şöbəsinin müəllimi Dilbər Babayeva şagirdləri iqlim dəyişkənliyi barədə məlumatlandırıb.

Xəbər lenti