Logo

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar - FOTO

18.04.2024 17:24 287 baxış
IMG

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi Tofiq Sadiqov və Ağac kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri Mehriban Qafarova tələbələrə təcrübə sahəsində aparılan elmi-tədqiqat işləri barədə məlumat veriblər. Tələbələrə herbarinin hazırlanması və saxlanılması, bitkilərdən bioloji fəal maddələrin alınması metodları öyrədilir.

Qeyd edək ki, təcrübə sahəsində biomüxtəlifliyin bərpası, mühafizəsi, səmərəli istifadəsi, iqlim dəyişkənliyinin biomüxtəlifliyə, populyasiyalara və növdaxili dəyişkənliyə təsiri istiqamətinə uyğun elmi-tədqiqat işləri aparılır.

Xəbər lenti