Logo

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

18.04.2024 16:26 267 baxış
IMG

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin rəsmi internet səhifəsi (www.ezda.edu.az) istifadəyə verilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, yeni sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.

Yeni səhifədə Peşə Təhsil Mərkəzinin idarə edilməsi, pedaqoji heyət, ixtisaslar, tələbə qəbulu qaydaları, tələbə və məzunların reyestri, fəaliyyətlər barədə geniş məlumatlar yerləşdirilib.

Xəbər lenti