Logo

Emin Əmrullayev: "Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir"

18.04.2024 16:04 113 baxış
IMG

“Hər il Azərbaycan məktəblərində xoşagəlməz hallar baş verir. İstəyərik ki, baş verməsin, amma çox güman ki, növbəti illərdə də baş verəcək. Dünyanın bütün məktəblərində belə hadisələr hər yerdə olur, olub, olacaq”.

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, yaxşı təhsil sistemində hadisə baş verdikdən sonra verilən reaksiya önəmlidir:

“Bu nöqteyi-nəzərdən düşüncəmiz odur ki, prosedur önəmlidir. İnsanların emosiyaları yox, hadisədən sonra atılan addım daha vacibdir. Hadisə baş verdikdən sonra biz emosional gərginlik hiss edirik, amma bu gərginlik şagirdlərə hansı faydanı verir? İctimai qınaqla problemlərin həll olduğuna inanmıram”.

Xəbər lenti