Logo

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub

18.04.2024 13:47 107 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, nəşrdə müstəqillik illərində bu elm ocağında müdafiə olunmuş dissertasiya, çap olunmuş kitab və monoqrafiyaların biblioqrafiyası yer alıb. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

Kitabın layihə rəhbəri və elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktoru Ədəbiyyat İnstitutunun elmi katibi dosent Aygün Bağırlı, tərtibçisi Elektron xidmətlər şöbəsinin müdiri dosent Zakirə Əliyeva, ixtisas redaktoru Sona İbrahimovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan toplu “Ədəbiyyatşünaslıq elminin müasir inkişafının biblioqrafik icmalı” yazısı ilə başlayır. Həmin yazı Azərbaycan dilindən başqa, türk, ingilis və rus dillərində də verilib.

Xəbər lenti