Logo

"1 sual, 1 cavab" rubrikasına start verilib

18.04.2024 13:34 282 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən "1 sual, 1 cavab" rubrikasına start verilib.

Tehsil.biz xəbər verir ki, təşəbbüsdə əsas məqsəd təhsil işçilərini daha çox düşündürən suallara aydınlıq gətirilməsindən ibarətdir.

Sosial şəbəkə vasitəsilə suallarına cavab tapmaq istəyən təhsilverənlər TDM-in “Facebook” (https://www.facebook.com/tdm.edu.az) və “İnstagram” (https://www.instagram.com/tdm.edu.az?igsh=MXc2NGprYmQ1ZjYxNw==) səhifələrində paylaşılan məlumatların altından onları maraqlandıran suallarını qeyd edə bilərlər.

Müəllimlərin suallarının cavabları TDM-in “Facebook” və “İnstagram” səhifələrində məlumat (post) şəklində paylaşılacaq.

Xəbər lenti