Logo

"İşğaldan azad edilmiş ərazilərdə 107 müəllim çalışır, 762 nəfər təhsil alır"

18.04.2024 13:17 195 baxış
IMG

"Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2 məktəbəqədər təhsil müəssisəsi, 3 müəllim fəaliyyət göstərir, həmin təhsil müəssisələrində 30 nəfər təhsil alır".

Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə 3 məktəbəqədər təhsil müəssisəsinin təmir-tikintisi davam edir, eyni zamanda, 4 məktəbəqədər təhsil müəssisəsinin təmir-tikintisinə başlanılacaq.

"Həmçinin, işğaldan azad olunmuş ərazilərdə 5 ümumi təhsil müəssisəsində 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır. Həmin ərazilərdə 13 ümumi təhsil müəssisəsinin təmir-tikintisi davam edir, 2 ümumi təhsil müəssisəsinin tikintisi yekunlaşıb. 6 ümumi təhsil müəssisəsinin təmir-tikintisinə başlanılacaq”, - deyə Eşqi Bağırov bildirib.

Xəbər lenti