Logo

4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirilə bilər? - AÇIQLAMA

18.04.2024 13:05 154 baxış
IMG

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirilməsi məsələsinə münasibət bildirib.

"Tehsil.biz"in məlumatına görə, agentlik direktoru bildirib ki, 4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirilməsi valideynlərin təşəbbüsü ola bilər.

E.Bağırov bildirib ki, agentlik məktəblərə belə tapşırıq verməyib:

"4-cü siniflərin "Son zəng" keçirməsi valideynlərin təşəbbüsü ola bilər. Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”.

Xəbər lenti