Logo

BMU-da elmi bazalardan effektiv istifadə ilə bağlı seminar keçirilib

18.04.2024 10:34 128 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) əməkdaşların ən mötəbər elmi bazalardan effektiv istifadəsinin təmin edilməsi məqsədi ilə növbəti seminar təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə BMU-dan məlumat verilib.

Bildirilib ki, universitetin Elm və innovasiya məsələləri üzrə prorektorluğunun təşkilatçılığı ilə baş tutan seminarda Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva mövzunun aktuallığına toxunub. Kafedra müdiri elmi-metodiki seminarların universitetin əməkdaşları, xüsusən də elmi araşdırmalarla məşğul olan gənc alimlər üçün faydalı olacağını bildirib.

Sonra kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev “Elmi bazalarda (“Orcid”, “Academia edu”, “Google scholar”, “ResearchGate”) məqalələrin yerləşdirilməsinin əhəmiyyəti və qaydaları” adlı məruzə ilə çıxış edib. Məruzədə hər bir baza haqda dolğun məlumatlar, tədqiqat üçün lazımi materialların toplanılması, müəllifin elmi əsərlərinin paylaşılması, eyni zamanda nəşr etdiyi əsərlərə istinadın izlənilməsi baxımından faydalılığı kimi məsələlər vurğulanıb. Bununla yanaşı, elmi məqalələrin nüfuzlu nəşrlərdə çapı üçün jurnalların düzgün seçiminə də toxunulub, bu məqsədlə hansı resurslar üzərindən axtarış olunması tövsiyə edilib.

Seminar mövzu ilə bağlı sualların cavablandırılması ilə başa çatıb.

Xəbər lenti