Logo

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur - FOTO

18.04.2024 10:00 147 baxış
IMG

Mingəçevir Dövlət Universiteti (MDU) rektoru Şahin Bayramov 16-18 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 6-cı “Ali Təhsil Liderlik Forumu”nda iştirak edir.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, “Əlaqələndirilmiş yeni nəsil universitetlərə doğru: addım atmaq, adaptə olunmaq və transformasiya zərurəti” mövzusuna həsr olunmuş forumda 35-dən artıq ölkədən 200-dən çox universitetin rektoru və ali təhsil mütəxəssisi iştirak edir.

Forum ali təhsil üzrə qlobal, beynəlxalq və regional trendlərin və əsas çağırışların müzakirəsi üçün davamlı platformadır. 2013-cü ildən etibarən keçirilən forumun 6-cı görüşündə iştirak edən rektor Ş.Bayramov MDU və Beynəlxalq Universitetlər Assosiasiyasını təmsil etməyin qürurverici olduğunu qeyd edib.

Ali təhsilin gələcəyinə həsr olunan belə beynəlxalq səviyyəli tədbirdə iştirak etməkdən məmnunluğunu bildirən rektor Ş.Bayramov universitet idarəçiliyinin müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirilməsi ilə bağlı digər ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi baxımından Forumun əhəmiyyətli platformaya çevrildiyini qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.

Xəbər lenti