Logo

Qırğızıstanda TikTok qismən məhdudlaşdırıldı

18.04.2024 09:39 153 baxış
IMG

Qırğızıstanda TikTok sosial şəbəkəsinin fəaliyyəti ilə bağlı qismən məhdudiyyətlər tətbiq edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, artıq TikTok-a mobil cihazlardan da, kompüterlərdən də daxil olmaqda çətinlik yaranıb. Həmçinin bu sosial şəbəkədən videolar təxminən 5-10 dəqiqəyə yüklənir.

Qeyd edək ki, bir neçə gün öncə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Rəqəmsal İnkişaf Nazirliyinə məktub yazaraq aprelin 18-dək ölkədə TikTok-a girişin məhdudlaşdırılmasını tələb edib.

Xəbər lenti