Logo

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti ADU-da olub - FOTO

17.04.2024 19:18 118 baxış
IMG

Ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Azərbaycan Dillər Universitetində olub.

Tehsil.biz xəbər verir ki, görüşdə universitetin rektoru akademik Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, burada tədris olunan xarici dillər və görülən işlər barədə məlumat verib. Söhbət zamanı rektor qonaqları maraqlandıran sualları cavablandırıb.

Görüşdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova neokolonializmə qarşı mübarizə, bu məqsədlə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, Azərbaycanın neokolonializmdən əziyyət çəkən ölkələrə dəstəyi barədə, ölkəmizin öz ərazilərini işğaldan azad etməsi və digər mövzularda fikirlərini bölüşüb.

Sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti