Logo

"Ötən il 40 məktəblimiz dünyanın populyar universitetlərinə qəbul olub"

17.04.2024 13:13 135 baxış
IMG

"On ildən bəri müddət ərzində peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparılıb".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.

Nazir islahatların 8-9-cu ilində bunun təhsil sistemi üçün uğurlu olduğunu bildirib:

"Müsabiqə qalibləri dünyanın ən aparıcı universitetlərinə qəbul olublar. Təkcə ötən il 40 məktəblimiz dünyanın populyar universitetlərinə qəbul olub. Bu hələ ilkin mərhələdir və belə uşaqların sayı artacaq. Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq. Hədəfimiz hər bir bölgədə peşə təmayüllü liseylərin qurulmasıdır", - nazir əlavə edib.

Kənan Nağıbəyli

Xəbər lenti