Logo

BDU-nun Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” otağının açılışı olub

17.04.2024 12:39 241 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” otağının açılış mərasimi olub.

Tehsil.biz xəbər verir ki, tanınmış alim və mütəxəssislərin, jurnalistlərin iştirak etdikləri tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev ölkəmizdə elmin, təhsilin inkişafına böyük önəm verildiyini bildirib.

Cəmiyyətin tərəqqisində mətbuatın rolundan danışan rektor BDU-nun Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” otağının açılmasının əhəmiyyətini vurğulayıb.

E.Babayev BDU-da yüksəkixtisaslı, bacarıqlı jurnalist kadrların hazırlanması üçün bütün lazımi şəraitin yaradıldığını deyib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid rəhbərlik etdiyi qurum ilə Jurnalistika fakültəsi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Professor Cahangir Məmmədli və digər çıxış edənlər də “Azərbaycan Mətbuat Şurası” otağının tədrisin təcrübə ilə əlaqələndirilməsində mühüm rolu olacağını söyləyiblər.

Xəbər lenti