Logo

Gəncə Filarmoniyasında Süleyman Ələsgərova həsr olunmuş tədbir keçirilib - FOTO

17.04.2024 12:25 148 baxış
IMG

Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin ikinci günü Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş Heydər Əliyev Mərkəzində bəstəkarın əsərlərindən ibarət konsert baş tutub.

Filarmoniyadan "Tehsil.biz"ə verilən məlumata görə, konsert zamanı Mingəçevir şəhər musiqi məktəblərinin kollektivlərindən ibarət “Xarı Bülbül xalq çalğı alətləri ansamblı”nın müşayiəti ilə “Daimi hərəkət”, “Vətənimdir”, “Gözəl Şuşa”, "Ulduz" kinofilmindən “Qədirin mahnısı”, “Anacan”, “Küsmərəm”, Yevlax şəhər Mədəniyyət Mərkəzinin və musiqi məktəblərinin kollektivlərindən ibarət “Aran xalq çalğı alətləri ansamblı”nın müşayiəti ilə “Rəqs-tokkata”, "Vağzalı çalınır”, “Bilsəm sən gəlirsən”, “Bahar”, “Ağdamım mənim”, “Qəmərim”, “Ulduz kinofilmindən “Mövsümlə Nazilənin dueti” səsləndirilib.

Gəncə Filarmoniyasında Süleyman Ələsgərova həsr olunmuş tədbir keçirilib

Xəbər lenti