Logo

ADU-da Autizm Maarifləndirmə Ayı çərçivəsində görüş keçirilib

16.04.2024 19:36 215 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində Autizm Maarifləndirmə Ayı çərçivəsində müəllim və tələbələrin iştirakı ilə görüş keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Pedaqogika kafedrasının müəllimləri, magistrantlar, Korreksiyaedici təlim və İbtidai sinif müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr, "Evrika" liseyi və Beynəlxalq Montessori Mərkəzinə təhkim olunmuş təcrübəçilər iştirak ediblər.

Görüşün moderatoru Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova ənənəyə çevrilmiş tədbirin aktuallığını vurğulayaraq bildirib ki, artıq bir neçə ildir universitetdə Pedaqogika kafedrasının təşkilatçılığı ilə Autizm Maarifləndirmə Ayı çərçivəsində silsilə tədbirlər reallaşdırılır. Müasir dövrdə ASP-nin artım tendensiyasını diqqətə çatdıran S. İbrahimova ötən illərin statistikası ilə bağlı müqayisə xarakterli məlumat verib, autizmli şəxslərin spesifik xüsusiyyətlərindən bəhs edib. O, həmçinin, korreksiyasının əhəmiyyətini vurğulayıb, SİM şəxslərin cəmiyyətə inteqrasiyasının zəruriliyini bildirib.

Xəbər lenti