Rusiya Federasiyasının Perm Dövlət Universitetində “Geologiya inkişaf edən dünyada” mövzsunda 17-ci ənənəvi Ümumrusiya elmi-praktik konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir mineralogiya, geokimya və petroqrafiya bölməsi üzrə reallaşıb.
Elmi-praktik konfransın işində Geologiya və Geofizika İnstitutunun Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin kiçik elmi işçisi doktorant Emin Quliyev iştirak edib və “Azərbaycanın Vəndam zonasının neokom çöküntülərinin geokimyəvi xüsusiyyətləri və toplanma şəraitləri” (Elmi-rəhbər: Elmira Əliyeva) mövzusunda çıxış edib. Həmçinin tədbir iştirakçılarını və münsiflər heyətini maraqlandıran sualları çavablandırıb.
Tədbirin sonunda Perm Dövlət Universiteti Geologiya fakültəsinin dekanı, Təşkilat Komitəsinin sədri S.M.Blinov konfransın azərbaycanlı iştirakçısına I dərəcəli qalib diplomunu təqdim edib.