Logo

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

16.04.2024 12:26 144 baxış
IMG

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun alimləri Azərbaycanın “Qırmızı Kitabı”nın 3-cü nəşrinə daxil edilən “Ferula persica” (İran ilankölgəsi) nadir növünün köklərini fitokimyəvi tədqiq ediblər və etanolla ekstraktından yapışqanabənzər qətranlı maddələr kütləsi əldə ediblər.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, əczaçılıq üzrə fəlsəfə doktoru Elvin Kərimli, professor Səyyarə İbadullayeva və dosent Adilə Ələsgərovanın həmmüəllifi olduğu “Ferula persica” köklərindən alınan kristallik seskviterpen lakton konfedrol maddəsinin Hirşfeld səthi analizi və 100K alınmış yeni enantiomorfu” məqalə Belarus Tibb Universitetinin impakt faktorlı “Vestnik farmasii” (Əzcaçılıq xəbərləri) jurnalında dərc olunub. Məqalədə qeyd olunur ki, əvvəlki ədəbiyyatlarda bu maddənin strukturunun öyrənilməsi otaq temperaturunda aparılıb, lakin müəlliflər tərəfindən ilk dəfə onun yeni enantiomorfu müəyyən edilib. Dərman əhəmiyyətinə malik “Ferula persica” nadir növünün “ex situ” şəraitdə toxumla çoxaldılması təmin olunub, eləcə də təbiətdə mühafizəsi üçün mikrorezervatların yerləri təyin edilib.

Qeyd edək ki, “Vestnik farmasii” jurnalı “Web of Science” platformasına daxildir.

Xəbər lenti