Logo

AzTU-nun baş müəllimi Rumıniyada tələbələrə mühazirə deyib

15.04.2024 23:40 261 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının baş müəllimi Nərgizxanım Baxışova “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində mübadilədə iştirak edib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Nərgizxanım Baxışova Rumıniyanın Buxarest İqtisadiyyat Universitetinin Statistika və ekonometrika kafedrasının fəalliyəti ilə yaxından tanış olub və akademik heyətlə görüşüb. O həmçinin laboratoriyalar və kitabxanalarda aparılan tədqiqat işləri ilə tanış olub, “Statistika” və “Ekonometrika” fənləri üzrə tədris prosesində iştirak edib. Bununla yanaşı, Nərgizxanım Baxışova statistika və ekonometrika ixtisası üzrə təhsil alan tələbələrə mühazirə deyib.

Xəbər lenti