Logo

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

15.04.2024 23:18 160 baxış
IMG

Nyu-York və Los-Ancelesdə Amerika Yazıçılar Gildiyasının (Writers Guild of America) mükafatı təqdim edilib.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, “Tərk edilmişlər”, “Amerikasayağı qiraət” və “Varislər” filmləri mükafatın laureatı olub.

“Ayı” televiziya sahəsində ən yaxşı komediya serialı, “Varislər” isə ən yaxşı dramatik serial seçilib. “Bəzilərimiz” əsəri “yeni serial üçün ən yaxşı ssenari”, “Didişmə” isə “ən yaxşı mini serial” mükafatını qazanıb.

Bu il VGA mükafatı, Hollivuddakı tətillər ucbatından aprel ayına təxirə salınıb, sözügedən nümayişlərin əsas iştirakçıları məhz yazıçılar olub.

Amerika Yazıçılar Gildiyasının bu mükafatı, gildiya tərəfindən filmlər üçün ən yaxşı ssenariyə görə verilən üç kateqoriyadan biri sayılır.

Xəbər lenti