Logo

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan bilik yarışması keçirilib - FOTO

15.04.2024 22:50 158 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə Torpaqşünaslıq və aqrokimya fakültəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual bilik yarışması keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Torpaqşünaslıq və aqrokimya fakültəsinin dekanı Xalıq Xəlilov bildirib ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2024–cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ölkəmizdə keçirilən bərpa və yenidənqurma prosesində qlobal səviyyədə ətraf mühitin qorunması, sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və mənbələrindən səmərəli istifadənin təmin edilməsi, iqlim dəyişmələrinin qarşısının alınması dövlət qarşısında duran vacib prioritetlərdəndir.

Sonra ümumilikdə 24 tələbə olmaqla 4 komandadan ibarət bilik yarışına start verilib. Yarışın qalibi “Torpaqşünaslıq və aqrokimya” ixtisasının III kurs tələbələrindən ibarət “Bakı Team” komandası olub.

Sonda qaliblərə sertifikatlar təqdim olunub.

Xəbər lenti