Logo

İtaliyalı memar bir çox layihələrdə qazandığı təcrübələri tələbələrlə bölüşüb - FOTO

15.04.2024 22:29 190 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Genuya Memarlar Assosiasiyasının üzvü, italiyalı memar Nikola Ruggiero ilə görüş keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan Tikinti Materialları İstehlakçıları Assosiasiyası ilə birgə təşkil edilən görüşdə Nikola Ruggiero “Müasir şəhərsalma və memarlıq: yaşıl texnologiyanın tikintidə tətbiqi və İtaliya təcrübəsinin adaptasiyası” mövzusunda çıxış edib.

O, dünya memarlığına verdiyi töhfələr, müasir şəhərsalma və memarlığın formalaşdırdığı tendensiyalar, innovativ həllərin memarlığa təsiri, yaşıl texnologiyanın tikintidə tətbiqi istiqamətində gənclərlə diskussiya aparıb. Həmçinin 2006-2012-ci illərdə çalışdığı Hanoy şəhərinin (Vyetnam) tarixi mərkəzinin, digər binaların, Azərbaycanda Bakı şəhərində yaşayış kompleksinin dizaynı və Genuyadakı azadlıq Villa la Perlanın binasının yenidən qurulması kimi mühüm layihələrdə qazandığı zəngin təcrübələri bölüşüb, layihələrdə tətbiq olunan yenilikləri və yanaşmaları diqqətə çatdırıb.

İnteraktiv formada təşkil olunan görüşdə tələbələrin sualları cavablandırılıb, toxunulan mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AzMİU mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin tələbələrlə görüşünə şərait yaradır. Onların ixtisasları üzrə qazandığı nəzəri bilikləri praktik baxımından inkişaf etdirmələrinə dəstək olur. Beləliklə, universitetdə gerçəkləşən görüşlər, seminarlar, master-klaslar istehsalın tələblərinə uyğun kadrların yetişdirilməsinə xidmət göstərir.

Xəbər lenti