Logo

Tələbələr arasında stolüstü tennis üzrə çempionat keçirilib - FOTO

15.04.2024 21:31 172 baxış
IMG

Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən stolüstü tennis idman növü üzrə çempionata yekun vurulub.

Tehsil.biz xəbər verir ki, yarışlarda oğlanlardan ibarət 12, qızlardan ibarət 11 ali təhsil müəssisəsinin komandaları mübarizə aparıblar.

Çempionatın nəticələrinə əsasən, oğlan komandaları arasında I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, II yeri Bakı Ali Neft Məktəbi, III yeri Azərbaycan Tibb Universiteti, qızlar arasında isə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, II yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, III yeri Gəncə Dövlət Universitetinin komandaları tutublar.

Qaliblər təşkilatçılar tərəfindən kubok, medal və diplomla təltif olunublar.

Xəbər lenti