Aprelin 15-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Bildirilib ki, AMEA rəhbərliyi Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.