Logo

BMU ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb

15.04.2024 18:05 150 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə “SABAH.academy” MMC arasında anlaşma memorandumu imzalanıb.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, rektor Yaqub Piriyev və MMC-nin direktoru Fərhad Paşayev tərəfindən imzalanan sənəd birgə layihələrin icrası, o cümlədən məlumat və təcrübə mübadiləsi kimi qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

İmzalanma mərasimində cari semestrdə “SABAH.HUB” İnnovasiya Mərkəzinin “SABAH.academy” platformasına uyğun olaraq BMU-nun 117 tələbəsi üçün nəzərdə tutulan “Sahibkarlığa giriş” mövzusunda tədris proqramına toxunulub. Bildirilib ki, bu proqram çərçivəsində IE Beynəlxalq Biznes Məktəbinin nüfuzlu professorları, Stanford Universiteti və Azərbaycanın sahibkarlıq ekosisteminin aparıcı mütəxəssisləri tərəfindən hərtərəfli öyrənmə təcrübəsi təmin olunur. “Sahibkarlığa giriş” proqramı Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və “SABAH.academy” platformasının birgə təşəbbüsü olmaqla yanaşı, IE Beynəlxalq Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdirilir.

Tədbirdə gələcək əməkdaşlıq istiqamətləri, həmçinin “SABAH.HUB” İnnovasiya Mərkəzi ilə birgə inkubasiya proqramlarının təşkili kimi məsələlər nəzərdən keçirilib.

Xəbər lenti