Logo

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

15.04.2024 17:09 130 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 Aprel - Dünya İncəsənət Günü münasibətlə kitab sərgisi təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

Bildirilib ki, MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan ənənəvi sərgidə mədəniyyət və incəsənət tarixi, musiqi, memarlıq, xalçaçılıq, teatr və kino sənətinə dair müxtəlif dillərdə dəyərli əsərlər nümayiş olunur.

Sərgidə “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev. Mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə”, “Azərbaycan incəsənəti dünya muzeylərində”, “Azərbaycanın maddi mədəniyyət tarixi”, “Azərbaycanın Xocalı Gədəbəy mədəniyyətinin materialları Avropa muzeylərində”, “Qarabağ xanəndələri”, “Musiqi mədəniyyətimiz və müasirlik”, “Azərbaycan memarlığı inkişaf yollarında”, “Azərbaycan multidisiplinar əlyazması: xəzinədən incilər”, “Mədəniyyət siyasəti və mənəvi dəyərlər”, “Kinoşünaslıq”, “Səhnə fədailəri”, “Türkmənlərin mənəvi dünyası” və digər kitablar öz əksini tapıb.

Sərgi iki həftə davam edəcək.

Xəbər lenti