Logo

BMU alimlərindən Tağıyevin fəaliyyəti ilə bağlı dəyərli tədqiqat

10.04.2021 20:41 99 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müdiri dosent Bilal Dədəyev və həmin kafedranın dosenti Xaqan Balayevin Azərbaycan milli burjuaziyasının görkəmli nümayəndələrindən biri olan Hacı Zeynalabdin Tağıyev haqqında birgə yazdıqları “Tariximizin öyrənilməmiş səhifələrinin izi ilə: H.Z.Tağıyev və Sona xanımın Osmanlı dövlət ordenləri ilə təltifi” adlı məqalə işıq üzü görüb.

 

Məqalədə H.Z.Tağıyevin həyat və fəaliyyətinin tariximizə bəlli olmayan, naməlum istiqamətləri araşdırılıb.

 

Osmanlı Türkiyəsində H.Z.Tağıyev və onun həyat yoldaşı Sona xanımın Osmanlı ordenləri ilə təltif edilməsi indiyə qədər tarixşünaslığımızda demək olar ki, bilinmirdi. Bütün bunlar və digər maraqlı məqamlar məqalədə ətraflı şəkildə tədqiq edilib. Osmanlı xalqı üçün etdiyi xeyriyyəçiliyinə görə H.Z. Tağıyevin I dərəcəli Məcidi, ictimai-mədəni sahədəki fəaliyyətlərinə görə isə Sona xanımın II dərəcəli Şəfqət nişanları ilə təltif olunması Osmanlı arxiv sənədləri əsasında ortaya çıxarılıb.

 

Məqalənin tam mətni ilə aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

 

http://lsu.edu.az/new/imgg/H-2020.pdf

Xəbər lenti