Logo

Metodist hazırlığı üçün müsabiqə elan olunub

15.04.2024 16:06 215 baxış
IMG

Təhsil İnstitutu ümumi təhsil müəssisələrində müasir metodik xidmətin təşkili ilə əlaqədar metodist hazırlığı üçün yenidən müsabiqə elan edir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, müsabiqədə iştirak etmək üçün ölkənin müxtəlif regionlarından peşəkar metodist kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat fənn müəllimləri dəvət olunurlar.

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlərdən pedaqoji təhsil, azı 7 illik pedaqoji təcrübə, sertifikasiya balı 51-dən yuxarı (bu bənd sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərə aiddir), İKT bacarıqları, xarici dil üzrə bilik və bacarıqlar tələb olunur.

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb olunacaqlar.

Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.

Qeydiyyat aprelin 30-dək aparılacaq.

Xəbər lenti