Logo

Çingiz Abdullayevin səhhəti necədir?

15.04.2024 15:56 252 baxış
IMG

Xalq yazıçısı Çingiz Abdullayevin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir.

Tehsil.biz xəbər verir ki, bunu APA-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə deyib.

Onun sözlərinə görə, Çingiz Abdullayevin evə buraxılması, güman ki, gələn həftə baş tutacaq:

"Sözsüz ki, bununla bağlı qərarı həkimlər verə bilər. Mən ailəsi ilə danışmışam. Yaxşılaşır. Evə buraxılması, dediyim kimi, hesab edirəm, növbəti həftə ola bilər".

Xəbər lenti