Logo

GDU-da STEAM laboratoriyası açılıb - FOTO

15.04.2024 14:59 129 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) STEAM laboratoriyasının açılışı olub. Açılış tədbirində universitet rəhbərliyi, şöbə müdirləri, fakültə dekanları və kafedra müdirləri iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, universitetin rektoru Yusif Yusibov tədbirdə çıxış edərək tədrisin keyfiyyətinin daha da yüksəldilməsinin, tələbələr arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsinin, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsinin ali təhsil ocağında əsas məqsədlərdən birinə çevirildiyini vurğulayıb. Rektor diqqətə çatdırıb ki, təhsildə ən mühüm yeniliklərdən biri də STEAM təhsil metodunun tətbiqidir. GDU-da yaradılan STEAM laboratoriyası vasitəsilə tələbələr müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcək, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübəni öyrənmək imkanı qazanacaqlar. STEAM laboratoriyası pedaqoji ixtisaslarda təhsil alan tələbələrin orta məktəblərdə tətbiq olunan STEAM təlim metoduna əvvəlcədən yiyələnməsinə şərait yaradacaq.

İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov laboratoriyada olan STEAM qurğuları barədə ətraflı məlumat verib və STEAM laboratoriyasının yaradılmasının əhəmiyyətindən bəhs edib. Laboratoriyanın universitetin sənaye əlaqələrinin qurulmasına, startapların inkişafına və startap komandalarının hazırlanmasına töhfə verəcəyini vurğulayıb.

Daha sonra Elm və innovasiyalar üzrə prorektor, deputat Pərvin Kərimzadə çıxış edib.

Xəbər lenti