Logo

Çingiz Abdullayev qidadan zəhərlənməyib - RƏSMİ

15.04.2024 12:31 291 baxış
IMG

Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb.

Bu barədə "Tehsil.biz"ə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

"Araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir" - məlumatda bildirilib.

Xəbər lenti