Logo

Məlumat lövhələrinin dizaynının hazırlanması üçün müsabiqə elan olunub

15.04.2024 12:20 209 baxış
IMG

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri üçün “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi”ni elan edib.

Dövlət Xidmətindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları dizayn layihələrini aprelin 15-dən mayın 15-dək təqdim edə bilərlər.

Layihənin təşkil edilməsində məqsəd tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılmağı üçün məlumat lövhələrinin yeni dizaynının hazırlanmasıdır. Müsabiqə dizayn layihələrinin qəbulu və təqdim edilən materialların qiymətləndirilməsi olmaqla iki mərhələdən ibarətdir.

Müsabiqə qaliblərinin adları mayın 30-da elan olunacaq.

Ətraflı məlumat üçün https://culture.gov.az/medias/media/other/978/reqlament.pdf linkinə keçid etmək mümkündür.

Xəbər lenti