Logo

BDU tələbəsi Praqada qış hüquq məktəbində iştirak edib - FOTO

15.04.2024 10:06 142 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbəsi Xanım Quliyeva Çexiyanın Praqa şəhərində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) tərəfindən “Kibertəhlükəsizlik və süni intellekt hüququ” mövzusunda keçirilən qış hüquq məktəbində iştirak edib.

Bu barədə "Tehsil.biz"​​​​​​ə BDU-dan məlumat verilib.

Burada dünyanın 17 ölkəsindən 39 hüquq tələbəsi müxtəlif akademik və sosial proqramlara cəlb edilib.

Layihə çərçivəsində “Avropa İttifaqında kibertəhlükəsizlik: müvafiq qanunvericilik və beynəlxalq əməkdaşlıq”, “Qanun metaverse (virtual kainat) və virtual reallıqda necə işləyir?” mövzularında ölkənin ən yaxşı hüquqşünasları tərəfindən təlimlər keçirilib. Tələbələr üçün Çexiyanın Karlov Universiteti, Praqa qalası, Praqa Milli Muzeyi və digər yerlərə səfərlər təşkil edilib.

Layihənin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

Xəbər lenti