Logo

Azərbaycan alimi beynəlxalq konfransın sertifikatlarına layiq görülüb

15.04.2024 09:50 153 baxış
IMG

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva İndoneziyada keçirilən XI Beynəlxalq İqtisadiyyat və Sosial Elmlər Konfransında “Dünya sənaye inqilabları və süni intellekt sisteminin inkişafı” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, dünya elmi fikrində aktual problemlərdən biri kimi maraq doğuran mövzuda çıxışına və konfransın işində sessiya moderatoru olaraq fəal iştirakına görə azərbaycanlı filosofa sertifikatlar verilib.

Xatırladaq ki, 2023-cü ildə İndoneziyanın “Pedaqogika və təhsil elmləri” jurnalı Xatirə Quliyevanın məqaləsini dərc edib.

Xəbər lenti