Logo

Bişkekdə “Zəfər çələngi” kitabı işıq üzü görüb

14.04.2024 13:46 153 baxış
IMG

Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə “Zəfər çələngi” adlı kitab işıq üzü görüb.

Tehsil.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a Fondun prezidenti, tanınmış ictimai xadim Nüsrət Məmmədov məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş nəşrdə Azərbaycan-Qırğızıstan münasibətlərinə, eləcə də dövlətimizin başçısının gördüyü titanik işlərə nəzər salınıb.

“Uluu Toolor” nəşriyyatında Azərbaycan dilində 500 nüsxə ilə çap olunan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın həmmüəllifləri professor, siyasi elmlər doktoru Cümşüd Nuriyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Nuriyeva, baş müəllim Mayıl Orucov və dosent S.İbrahimovadır.

Qeyd edək ki, bu, Türkdilli dövlətlərin siyasətinə dəstək fondu tərəfindən nəşr olunan 160-cı kitabdır.

Xəbər lenti